İqtisadiyyat

20 illik hasilatın həcmi açıqlandı

  • 01 Nov 2017
  • 324 baxış

"1997-ci ilin noyabrından 2017-ci il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 438 milyon ton neft və 138 milyard kubmetr səmt qazı hasil olunub".

XalqTV.com Trend-ə istinadən xəbər veirr ki, bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov Bakıda keçirilən illik Xəzər texniki sərgi və konfransında deyib.

O qeyd edib ki, AÇG-dən neft hasilatının ümumi həcmindən 246 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür:

"Azərbaycanın ixrac etdiyi 459 milyon ton neftdən 342 milyon ton Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlin payına düşür".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR