İqtisadiyyat
İndiyədək Azərbaycandan Gürcüstan və Türkiyəyə nə qədər qaz ixrac olunub?
Azərbaycanın 2006-cı ildə istismara veriləndən "Şahdəniz" qaz yatağından bu günədək 86 milyard kubmetr qaz və 21,5 milyon ton kondensat hasil olunub.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov Bakıda keçirilən illik Xəzər texniki sərgi və konfransında deyib.
O bildirib ki, Azərbaycan bu günə qədər Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana 6,5 milyard, Türkiyəyə isə 48,5 milyard kubmetr qaz ixrac edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR