İqtisadiyyat

Azərbaycan Qusarda traktor yığacaq

  • 31 Oct 2017
  • 344 baxış

Azərbaycan Çinin "YTO Group" şirkətinin istehsalı olan traktorların yığılmasını planlaşdırır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin rəhbəri Əbülfət Qocayevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində yazılıb.

Bu, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "YTO Group" və "Aqrofun" MMC arasında imzalanmış sazişdə nəzərdə tutulub.

Sazişə əsasən ildə 900 traktorun yığılması nəzərdə tutulur. Yığılma Qusar rayonunda həyata keçiriləcək. Layihənin dəyəri 10 milyon dollar təşkil edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR