İqtisadiyyat

AÇG yataqlarının işlənilməsi ilə bağlı saziş uzadıldı

  • 31 Oct 2017
  • 328 baxış

Azəri, Çıraq və Günəşli (AÇG) yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ilə bağlı saziş 2050-ci ilə qədər uzadıldı.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş səsə qoyularaq təsdiq edilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR