idman

Bundesliqada baş məşqçi istefası

  • 30 Oct 2017
  • 252 baxış

"Verder"in baş məşqçisi Aleksandr Nuri istefaya göndərilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı İran əsilli mütəxəssis 2016-cı ilin oktyabrından Bremen klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqada yerini qorumuş və Avrokuboklar uğrunda mübarizə aparmışdı. Hazırda "Verder" yenə turnir cədvəlinin zirzəmisində - 17-ci pillədə qərarlaşıb. İlk 10 turda cəmi 5 xal toplayan komandanın aktivində qələbə yoxdur.

Nurini əvəzləməyə namizədlər Bruno Labbadiya, Rene Vayler, Frank Koxenfeldt, Markus Vayntsril və Tomas Şaafdır. Onların arasında ən real namizəd təcrübəli mütəxəsis Tomas Şaafdır. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR