idman
Neymar "Barselona"dan getməyə peşmandır?
Ötən yay "Barselona"nı PSJ-yə dəyişən Neymar baş məşqçi Unay Emerinin məşq metodlarından razı deyil.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, futbolçu və yaxın ətrafı Parisə uyğunlaşmaqda da çətinlik çəkir.
"Sambaçı" və Emeri arasında münasibət də istənilən səviyyədə deyil. Bir neçə gün öncə "L`Equipe" nəşri tərəflər arasında məşqdə mübahisə yarandığı barədə məlumat yaymışdı. Belə ki, ulduz futbolçu "Anderlext"lə Çempionlar Liqası matçında iştirak etdiyindən Emeri ona məşqi tez başa vurmağı tapşırmışdı. Bu isə futbolçunun narazılığına səbəb olmuşdu.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR